Bakı. Trend:
Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatalanın YuxarıTala kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsibaş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, mayın 13-də saat17 radələrində Yuxarı Tala kəndi ərazisində “VAZ-21013” markalıavtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Zaur Heydərovunidarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolayrıcındadayanan “Chevrolet” markalı avtomobilə çırpılıb.
Nəticədə sürücü və sərnişini, 1993-cü il təvəllüdlü SamirHəsənov xəstəxanada ölüb, digər sərnişin Ramil Əliyev isə xəsarətalıb.
Faktla bağlı cinayət işi başlanılıb.