İspaniya La Liqasında aprelin ən yaxşı oyunçusu müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, bu nominasiyada “Betis”in yarımmüdafiəçisi İsko qalib gəlib.
O, fərdi mükafat uğrunda mübarizədə Vinisius Junior (Real), Yaqo Aspas (Selta), Yussef Ən-Nəsiri (Sevilya) və Savionu (Jirona) qabaqlayıb.
İsko cari mövsümdə La Liqada 27 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə verib. O, apreldə 1 qol vurub və 1 məhsuldar ötürmənin müəllifi olub.