Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli qeyd edib:
"Amma Paşinyan da müəyyən gedişlər eləməlidir ki, həm siyasi qüvvələri parçalasın, imkan verməsin ki, kilsə ətrafında keşiş Srbazan güc əldə eləsin. Maraqlıdır ki, Rusiyadan müəyyən dəstəyi var. Eyni zamanda Amerikada da kilsəni kreditə girov qoymuş adamdır və çalışırlar ki, bir qəhrəman düzəltsinlər. Yaxın vaxtlarda üzərində imic çalışmaları həyata keçirəcəklər və ona status hazırlayacaqlar ki, böyük gücə çevirsinlər. 20-25 min mitinqə yığılsa, hazırda erməni siyasətində olan müxalif qüvvələrin etibar və təsirlisi bu sayılır deyə bilərik, amma çağırışları çox təhlükəlidir, Azərbaycan əleyhinə revanş almağa yönəlib. Amma açığı Paşinyan Azərbaycana "stavka" qoysa, təkcə keşişə yox, erməni kilsəsinə də qalib gəlmiş olar".