Zaqatala rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib.
Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Seymur Əli