EN

Bakıda gənc oğlan marketin qarşısında bıçaqlanıb - YENİLƏNİB

Bakı şəhər sakini Sirac İbrahimovun mayın 11-də paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsindən kəsici-deşici alətlə yetirilən xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

DİN-dən APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

***

11 may, 21.41

Bakının Yasamal rayonunda bıçaqlanma baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

2003-cü il təvəllüdlü İbrahimov Sirac Elman oğlu marketin qarşısında tanışı ilə mübahisə zamanı bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
68
1
apa.az

3Sources