Bakı şəhər sakini Sirac İbrahimovun mayın 11-də paytaxtın Yasamal rayonu A.M.Şərifzadə küçəsindən kəsici-deşici alətlə yetirilən xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinən APA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən əməli törədən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
***
01:43
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
1994-cü il təvəllüdlü Xudayev Ülvi Rəfael oğlu prospektdə tanımadığı şəxslə dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.