"Qala Maşınqayırma" ASC 2023-cü ili 177 min manat xalis mənfəət ilə başa vurub. ASC 2022-ci ili 120 min manat xalis zərər ilə bağlamışdı.
Bu barədə Marja.az Şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir.
"Qala Maşınqayırma" ASC-nin əsas əməliyyat gəlirləri 2022-ci ildə 1 milyon 652 min manat ikən, 2023-cü ildə 1 milyon 744 min manata yüksəlib.