Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə nəzərdə tutulan iki oyundan biri başa çatıb.
Əvvəlcə mövsümü sonuncu pillədə başa vuracağı dəqiqləşən "Qəbələ" 4-cü yerdəki "Sabah"ı qəbul edib. Qonaqlar bu oyunda qələbə qazanmaqla 2-ci pilləyə yüksələ bilərdi. Matçın favoriti "Sabah" hesab olunsa da, "Qəbələ" 2:0 hesablı qələbə qazanıb. Bu, "Qəbələ"nin ardıcıl 2-ci qələbəsi olub. Kaxaber Sxadadzenin komandası ötən tur "Səbail"ə qalib gəlmişdi - 3:2.
5-ci yerdəki "Sumqayıt" isə avrokuboklara vəsiqə qazanmaq şansını itirən, hazırda 6-cı pillədə qərarlaşan "Səbail"lə üz-üzə gəlir. Bu matç 19:30-da start götürüb.
12 may (bazar)
19:30. “Sumqayıt” – “Səbail” - 2:0 (İkinci hissə)
Qol: Kasimir Ninqa, 41-pen. 45
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:00. “Qəbələ” – “Sabah” - 2:0
Qollar: Əyyub Allaş, 33, Klesio Bauk, 45+2
Qırmızı vərəqə: Davit Volkov, 65 ("Sabah")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
10 may
"Neftçi" – "Kəpəz" - 5:1
11 may (şənbə)
“Zirə” – “Qarabağ” - 0:1
“Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:1
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 34 | 25 | 4 | 5 | 91-32 | 79 |
2 | Neftçi | 34 | 15 | 8 | 11 | 48-39 | 53 |
3 | Zirə | 34 | 14 | 10 | 10 | 31-22 | 52 |
4 | Sabah | 34 | 15 | 7 | 12 | 47-40 | 52 |
5 | Sumqayıt | 33 | 13 | 12 | 8 | 34-35 | 51 |
6 | Turan Tovuz | 34 | 12 | 9 | 13 | 49-49 | 45 |
7 | Səbail | 33 | 11 | 9 | 13 | 49-54 | 42 |
8 | Kəpəz | 34 | 9 | 8 | 17 | 39-65 | 35 |
9 | Araz-Naxçıvan | 34 | 9 | 8 | 17 | 29-46 | 35 |
10 | Qəbələ | 34 | 6 | 5 | 23 | 28-63 | 23 |
Bombardirlər:
Olavio Juninyo ("Qarabağ") - 18 qol
Aleksandr Ramalinqom ("Səbail") - 14 qol
Yassin Benzia ("Qarabağ") - 12 qol
Nəriman Axundzadə ("Qarabağ") - 12 qol