EN

Leysan yağışlar nəticəsində İndoneziyada 28 nəfər ölüb

Leysan yağışlar İndoneziyanın Qərbi Sumatra əyalətində su basması və torpaq sürüşməsinə yol açıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi məlumata görə, su basması və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər ölüb, 4 nəfər itkin düşüb.

İndoneziya Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli Agentlik təbii fəlakət nəticəsində 84 yaşayış evi və 16 körpüyə zərər dəydiyini açıqlayıb.

Chosen
163
1
apa.az

3Sources