“Əgər Arxiyepiskop Baqrat Qalstanyanın baş nazir olmaq ambisiyaları ciddidirsə, məncə, o, bunu ağlından çıxarmalıdır”.
KONKRET.az bu fikri erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
O qeyd edib ki, Baqratın bu iddiası kilsənin etibarını təhülkə altına atır:
“Kilsənin hazırkı fəaliyyəti geniş ictimaiyyət tərəfindən qəbul edilən və rəğbətlə qarşılanan simvolik rola malikdir. Bu rolda qalın. Bu, həm bizə, həm də kilsəyə lazımdır”, – deyə Danielyan qeyd edib.
Günel Mikayılova,
KONKRET.az