ABŞ-ın Nyu-Cersi ştatında keçirilən mitinqdə Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə qeyri-qanuni miqrasiya ilə qətiyyətlə mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Tramp ABŞ-ın cənub sərhədini “möhürləməyi”, Meksikadan gələn miqrant axınını dayandırmağı və qeyri-qanuni mühacirləri deportasiya etməyi vəd edib:
“ABŞ tarixində ən böyük deportasiya əməliyyatına başlayacayıq. Biz bu işğala son qoyacağıq və sənədsiz miqrantları evlərinə – aid olduqları yerə göndərəcəyik”, – deyə Tramp əlavə edib.
Burhan,
KONKRET.az