EN

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

35 yaşlı təcrübəli idmançı buna Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub.

Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmabuela Liuzzi ilə qarşılaşıb. Rəqibini məğlub edən M.Stadnik Paris-2024-də vəsiqə əldə edib.

Qeyd edək ki, yunan-Roma güləşi millimizin 3 üzvü - Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq) və Sabah Şəriəti (130 kq) ilk yarış günündə lisenziyaya sahib çıxıb.

Chosen
276
23
football-plus.az

10Sources