EN

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

Şamaxıda avtomobil qəzası baş verib.

APA xəbər verir ki, hadisə rayonun Əngəxaran kəndi ərazisində qeydə alınıb. Hadisə nəticəsində "Hyundai" markalı avtomobil "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Hadisə nəticəsində Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Mənzərə Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
163
49
big.az

10Sources