EN

“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans

“Heydər Əliyev və Azərbaycan” – Masallıda konfrans 

 

Masallıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib.
Mayın 10-da, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, ağsaqqal və ziyalılar, ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Masallı şəhər Heydər Əliyev Mərkəzindəki konfrans öncəsi Ulu Öndərimizin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov müasir-müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, uzaqgörən lider, cəsarətli insan, bütün varlığı ilə vətəninə, xalqına bağlı dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmiş Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri barədə ətraflı danışıb. 
YAP rayon təşkilatının sədri Seyfəddin Əliyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, C.Qasımov adına Banbaşı kənd tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Aygün Rəşidova bildiriblər ki, Ulu öndər Heydər Əliyev müstəqilliyimizin ilk dövründə Azərbaycanın gələcək uğurlu inkişafının ideoloji əsaslarını dəqiq müəyyənləşdirib. Natiqlər milli dövlətçiliyin inkişafını və qüdrətlənməsini təmin edən tarixi şəxsiyyətin həyatı və fəaliyyətindən, bu dövrün başlıca mahiyyətindən bəhs ediblər: “Heydər Əliyev çağdaş Azərbaycan tarixinin yönünü və məzmununu müəyyən etməklə zamanın fövqünə yüksəlib, əbədiyyət qazanıb. O, xalqının taleyində dönüş yaradaraq, ölkəsini tənəzzüldən çıxarıb və tərəqqiyə qovuşdurub. Dövrün bu dahi şəxsiyyətə bəxş etdiyi nadir keyfiyyətlər sayəsində o, tarixi hadisələrin gedişini irəlicədən görə bilib, Azərbaycanın dünəni, bu günü və sabahı üçün olduqca mühüm önəm daşıyan qərarlar qəbul edilən zaman düzgün mövqe tutub, qətiyyətlə hərəkət edib. Belə dərin zəka, dönməz iradə və tükənməz enerji onun bəyanat və çıxışlarında, qərarlarında, mürəkkəb vəziyyətlərdə atdığı addımlarda həmişə ona uğur və nüfuz gətirib...”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
173
2
qht.az

3Sources