EN

"Aşk-ı Memnu"nun aktyorları illər sonra - FOTO

Tarix: 11 May 2024 07:00

"Aşk-ı Memnu" serialında birgə rol alan aktyor Selçuk Yöntemlə aktrisa Hazal Kaya yenidən bir araya gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyor görüşdə lentə alınan fotonu sosisal media hesabında izləyiciləri ilə bölüşüb.
O, şəklə "Hər görüşümüz sanki ​​ilk çəkiliş günüdür" deyə, yazıb. İzləyicilər fotonu illər əvvəl lentə alınan kadra bənzədiblər.
Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selcuk "Adnan Ziyagil", Hazal isə "Nihal" obrazlarına həyat verib.
Milli.Az

Chosen
162
13
sonxeber.net

7Sources