EN

Porye qızını da döyüşə aparacaq

UFC-nin yüngül çəki üzrə reytinqinin 3 nömrəsi Dastin Porye (30-8) həyatında ilk dəfə qızını da döyüşünə aparacağını deyib.

“Football-plus.az” xəbər verir ki, amerikalını qarşıda yüngül çəkinin çempionu İslam Maxaçevlə (25-1) döyüş gözləyir. Porye canlı efirdə belə deyib:
“Qızım orda, ilk cərgədə olacaq, həyatda ilk dəfə. Mən ona göstərmək istəyirəm ki, arzulara çatmaq mümkündü. Bəlkə də bu, mənim üçün çempion kəmərini qazanmaqla bağlı sonuncu şansdı, istəyirəm ki, o məni titulla görsün”.

Porye ilə Maxaçevin döyüşü iyunun 1-də ABŞ-ın Nyu-Cersi şəhərində keçiriləcək UFC 302 turnirinin əsas dueli olacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources