EN

Bakıda yağış yağacaq, güclü külək əsəcək – Xəbərdarlıq

Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir.
Bu barədə BUTA.TV-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Chosen
291
32
buta.tv

10Sources