"Lill"in baş məşqçisi Paulo Fonseka "Marsel"in baş məşqçisi təyin olunmağa yaxındır.
90deqiqe.Az-ın "Tuttosport"a istinadən məlumatına görə, “Milan”ın çalışdırıcısı postuna əsas namizəd hesab edilən 51 yaşlı mütəxəssis artıq “Marsel”ə başçılıq etməyə razılaşıb.
Bu gün Fonsekanın rəhbərlik etdiyi "Lill" Fransa çempionatının turnir cədvəlində 9-cu yerdə olan Marseli 11 xal qabaqlayaraq dördüncü pillədə qərarlaşıb.
Xatırladaq ki, dünən, mayın 9-da “Marsel” Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Atalanta”ya 0:3 hesabı ilə uduzaraq turnirdən kənarlaşdırılıb. İndi Fransadan olan komandaya Jan-Lui Qasset rəhbərlik edir.