"Fənərbağça" Belçika Liqası komandalarından "Standard Liege"də çıxış edən Cihan Çanakla maraqlanır.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu eyni zamanda "Trabzonspor"un da radarındadır.
Məlumata görə, Çempionlar Liqasının yarımfinal matçında PSJ-ni məğlub etməyi bacaran və finalda "Real Madrid"in rəqibi olacaq "Borussiya Dortmund" da Cihan Çanakı yaxından izləir.
Lakin o, U20-də Belçika, U21-də isə Türkiyə Milli Futbol Komandasında oynamağı seçib. 19 yaşlı gənc Türkiyənin 21 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının seçmə mərhələsində İtaliyaya qarşı keçirdiyi oyunda əvəzlənib.