Yazını böyüt
Yazını kiçilt
Sloveniyanın baş naziri Robert Qolob, ölkəsinin iyunun ortalarına qədər Fələstini suveren dövlət kimi tanıyacağını və bunun üçün lazımi prosedura başladıqlarını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Sloveniya hökumətinin sosial media platformasında verdiyi açıqlamaya görə Qolob bildirib ki, Sloveniyanın Fələstini dövlət kimi tanıması tarixi sülh danışıqlarının gedişindən asılı olacaq və ən geci iyunun 13-də baş tutacaq.
Hazırda Birləşmiş Millətlər Təşkilatının 193 üzvündən 137-si Fələstini tanıyır. Bu yaxınlarda Avropa Birliyindəki İspaniya, İrlandiya, Malta və Sloveniya Fələstini tanıyacaqlarını açıqlamışdı.