EN

Braziliyada daşqın nəticəsində ölənlərin sayı artıb

Braziliyada leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Mülki Müdafiəsi məlumat yayıb.

Məlumata görə, daşqınlar nəticəsində itkin düşənlərin sayı isə 136-ya yüksəlib.

Açıqlamada 374 yaralının xəstəxanalarda müalicə olunduğu, axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyi bildirilib.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources