Amerikalı sahibkar, milyarder İlon Mask ABŞ-da qeyri-qanuni miqrantların çoxluğuna görə amerikalıların qalmayacağını bildirib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Qeyd edək ki, daha əvvəl Musk, təsdiqlənməmiş qeyri-qanuni miqrantların ABŞ-a gəlməsinin ölkə üçün fəlakət olacağını demişdi. O, qanuni immiqrasiyanın sürətləndirilməsi öhdəliyini qeyd edib. Eyni zamanda iş adamı ABŞ-ın cənub sərhədinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyinə diqqət çəkib.
Havar Şəfiyeva