EN

Daha bir ölkə SEPAH-ı terror qrupları siyahısına saldı

Kanada parlamenti SEPAH-ı terror qrupları siyahısına saldı.

NOCOMMENT.az xəbər verir ki, Kanadanın İcmalar Palatası SEPAH-ın terror təşkilatlarının rəsmi siyahısına daxil edilməsi təklifini yekdilliklə dəstəkləyib.

Təklifi Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin hesabatı irəli sürüb. Hesabat hökuməti SEPAH-ı Kanadada terror təşkilatı kimi tanımağa çağırır.

Deputatlar hesabatın qəbul edilməsinə 327 lehinə səs veriblər.

Chosen
140
8
nocomment.az

10Sources