EN

Rövşən Hüseynli Qazaxıstan klubunun təklifini niyə qəbul etməyib? - ÖZÜ AÇIQLADI

Futzal yığmamızın üzvü Rövşən Hüseynli Qazaxıstan "Atırau"sundan ayrılıb.

Təcrübəli qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
"Nəhayət, vidalaşmaq vaxtı gəldi. Çətin idi, amma məncə, bu, düzgün qərardı. Yeni dostlar, yaxşı komanda, çətin və yaxşı nəticələr, iki yaddaqalan mövsüm. Uğurlar, əziz azarkeşlər! Uğurlar, "Atırau"! Uğurlar, Qazaxıstan futzalı!"


Görəsən, Rövşənin klubla müqavilə müddətini uzatmamasının səbəbi nədi?  Bəlkə hansısa təklif onu cəlb edib? Futzalçının özüylə əlaqə saxlayıb suallarımıza cavab aradıq. Onun "Football-plus.az"a söylədikləri:
"Xüsusi səbəb yoxdu. Sağ olsunlar, birillik yeni müqavilə təklif etdilər. Sadəcə, başqa planlarım, müəyyən qərarlarım olduğundan qəbul etmədim. Sözün düzü, təkliflər var, amma hələ istirahət etmək istəyirəm. Yalnız bundan sonra gələcək karyeramla bağlı yeni addımlar atacam".

Qeyd edək ki, Rövşən Hüseynli karyerası ərzində "Araz-Naxçıvan", "Baku Fire", "Neftçi" kimi klublarda çıxış edib. 2022-ci ilin oktyabrında Muxtar Respublika təmsilçisindən ayrılaraq "Atırau"ya yollanmışdı.

KƏNAN BAHADIR 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources