EN

Zidan "Bavariya" söhbətinə nöqtə qoydu

"Real Madrid"in sabiq baş məşqçisi Zinəddin Zidan "Bavariya"da mümkün işlə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, 51 yaşlı çalışdırıcı Münhen klubunu "sükanı arxasına" keçməyəcəyini bildirib.

“Bavariya”nın baş məşqçisi olacağam? Xeyr”, - deyə fransalı mütəxəssis qeyd edib

Daha əvvəl mətbuatda "Bavariya" rəhbərliyinin Zidanın namizədliyini nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.

Hazırda fransalı mütəxəssis klubsuzdur. Mayın 8-də Münhen nəhəngi UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununu "Real Madrid"ə qarşı keçirəcək. Görüş Madriddəki "Santyaqo Bernabeu" stadionunda baş tutacaq. İlk oyunda komandalar 2:2 hesabı ilə başa çatıb.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
169
90deqiqe.az

1Sources