EN

Olimpiya məşəlini bu futbol əfsanəsi yandıracaq

Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan Marseldə Olimpiya məşəlini yandıracaq.

Publika.az xəbər verir ki, bu barədə “L’Equipe” məlumat yayıb.

Marseldə 19-cu əsrə aid üç dirəkli yelkənli “Belem” gəmisinin Yunanıstandan Olimpiya məşəli ilə Fransaya gəlişi münasibətilə bayram mərasimi keçirilir. Axşam gəmi limanda yanaşacaq və olimpiya məşəli quruya ötürüləcək.

Fransa torpağında Olimpiya məşəli estafetinin ilk iştirakçısı üzgüçü Florent Manaudu olacaq. O, məşəli adı çəkilməyən ikinci iştirakçıya ötürəcək. Üçüncü məşəlçi başlıq taxaraq estafetdən keçəcək və qazan yandırıldıqda üzünü açacaq. Proqram dəyişməsə bu adam Fransa futbolunun əfsanəsi Zinəddin Zidan olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
61
2
publika.az

1Sources