EN

“Transparency International”ın hesabatı- Avroparlamentin yeni maliyyə maxinasiyaları- ÖZƏL

"Transparency International" təşkilatının dərc etdiyi hesabata görə, Avropa Parlamentinin deputatları, Brüssel siyasətinə təsir etməyə çalışan özəl şirkətlər də daxil olmaqla, belə "yan işlərdən" ildə 8,6 milyon avrodan çox pul qazanırlar. Məlumatlara görə, 705 millət vəkilinin üçdə ikisindən çoxu Brüsselin siyasətinə təsir göstərmək məqsədilə özəl şirkətlərdən pul alır.  

Bu məsələ ilə bağlı Olaylar.az-a açıqlama verən Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü qeyd edir:

""Transparency International" kimi nüfuzlu təşkilatının araşdırması ciddi bir məsələdir. Düşünürəm ki, avropalı siyasətçilər, deputatlar və onları seçən xalq, seçicilər bu araşdırmaya diqqət yetirməlidirlər. Hər zaman başqalarını müxtəlif məsələlərdə ittiham edənin özünün bu məsələlərdə iştirakı olmamalıdır. Korrupsiya ilə bağlı dünyanın digər ölkələrindəki siyasətçiləri ittiham edirsənsə, gərək özünün də bu məsələlərdə qətiyyən iştirakın olmasın. Görünür ki, avropalı siyasətçilər, Avropa Parlamentinin deputatlarına ayrılan maaşla və digər məsələlərdə qane olmurlar. Digər lobbi şirkətlərinin, müxtəlif imkanlı şirkətlərin maliyyə imkanlarından yararlanmağa üstünlük verirlər. Bunu rüşvət əməliylə həyata keçirdikləri araşdırmalarda görünür. Bu qədər maliyyə vəsaitini sıradan yolla əldə etmək mümkün deyil. Ona görə də avropalı deputatlara nəzarət edən aidiyyatı qurumlar, onlara səs verən seçicilər bu cür məsələlərə diqqət yetirsə, gələcək seçkilərdə bu şəxslərə səs verməmələri mümkün olar. Bu cür araşdırmalar ciddi məsələlərdir, onlar öz problemlərinə, yalnışlarına, korrupsiya hallarına diqqət etsələr yaxşı olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
75
olaylar.az

1Sources