EN

Koseysaonun “Milan” arzusu

“Portu”nun baş məşqçisi Serjio Koseysao “Milan”ın maraq dairəsinə düşüb.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis İtaliya klubunda Stefano Piolini əvəzləyə bilər.

Koseysao rəhbərliklə danışıqlardan sonra yekun qərar verəcək. Onun yaxın günlərdə “Portu”yeni prezidenti Andre-Villaş Boaşla görüşü planlaşdırılıb. Serjio az əvvəl klubla 2027/2028 mövsümünün sonuna kimi yeni müqavilə imzalayıb.

Qeyd edək ki, təcrübəli məşqçi 2017-ci ildən komandaya rəhbərlik edir. O, “Portu”ya 3 dəfə Portuqaliya çempionu titulunu qazandırıb.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
147
idman.biz

1Sources