EN

"Youtube" yeni funkisyasını təqdim etdi

“YouTube” süni intellektlə işləyən “Jump Ahead” yəni "İrəli keçir"  funksiyasını istifadəyə verib.   Bu barədə Manset.az xarici KİV-ə istinadən xəbər verir. "İrəli keçir" düyməsi videoda ən çox keçilən bölmələri avtomatik olaraq keçir. Bu funksiya bir neçə aydır sınaq mərhələsində olub və hazırda "Beta" formasında işləyir. Bu xüsusiyyətdən yararlanmaq üçün hələlik  ABŞ-da YouTube Premium hesabı və Android telefon olmalıdır. Hər iki tələbı cavab verilirsə, YouTube proqramında "Yeni funksiyaları sınayın" bölməsinə klikləyərək və "İrəli atla" seçimini aktivləşdirmək olar.
Daha sonra funksiya ingilis dilində videolarla məhdudlaşaraq əlçatan olur. Xüsusiyyətdən istifadə etmək üçün istənilən videoda ekranın sağ tərəfinə iki dəfə toxunmaq lazımdır. Bunu edərkən sağ alt küncdə bir düymə görünəcək və ona basılan zaman "adətən atlanan bölmə atlandığını" bildirən xəbərdarlıq mesajı görünəcək. Jalə

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
117
manset.az

1Sources