EN

İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var

İsrail ordusunun Livanın cənubunda sərhəd boyu ərazilərə hava hücumu təşkil etdiyi, hücumlarda ölən və yaralananların olduğu bildirilib.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusu gün ərzində ikinci dəfə Livanın cənubuna intensiv hava hücumu təşkil edib.

Hava hücumunun hədəfi olan Hiyam qəsəbəsində bir evin tamamilə dağıldığı, dağıntılar altında qalanlar arasında ölən və yaralananların olduğu bildirilib.

İsrail qüvvələrinin yarım saat ərzində Livanın Blida və Aytarun qəsəbələrinə fosfor bombası ilə hücum etdiyi də qeyd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
moderator.az

1Sources