EN

Gəncədə investisiyalar azalıb

Gəncə Şəhər Statistika İdarəsi 2024-cü ilin yanvar-mart ayları üzrə Gəncə şəhərində Əsas kapitala yönəldilmiş investisiyalar və tikinti müəssisələrinin işi haqqında məlumatları açıqlayıb.

Əsas kapitala yönəldilmiş vəsaitlər

Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 9,6 milyon manat və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 51,4 faiz az vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 26,7 faizi dövlət, 73,3 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. Əsas kapitala yönəldilmiş vəsaitlərin 7,2 milyon manatı və ya 74,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş və 57,9 faiz azalmışdır.

Tikinti müəssisələrinin fəaliyyəti

Gəncə şəhərində 2024-cü ilin yanvar-mart aylarında fəaliyyət göstərən tikinti müəssisələri və fərdi sahibkarlar tərəfindən yerinə yetirilmiş tikinti işlərinin dəyəri 8,8 milyon manat təşkil etmiş və ümumi tikinti işlərinin 5,3 milyon manatını, yaxud 60,3 faizini hüquqi şəxslər tərəfindən yerinə yetirilmiş işlər, 3,5 milyon manatını və ya 39,7 faizini isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin yerinə yetirdiyi işlər təşkil etmişdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
marja.az

1Sources