EN

Ankarada Azərbaycan və Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilib

Bakı. Trend:

Mayın 8-də Ankara şəhərində Azərbaycan Respublikası ilə TürkiyəRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə BirgəHökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib.

Nazirlər Kabintindən Trend-ə verilən məlumata görə, AzərbaycanınBaş naziri Əli Əsədovun və Türkiyənin Vitse-prezidenti CevdetYılmazın həmsədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiqdövlət qurumlarının rəhbərliyi iştirak edib.

İclasda Azərbaycan ilə Türkiyə arasında münasibətlərinPrezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın birgə səylərinəticəsinə bu gün strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksəkzirvəsinə çatdığı bildirildi.

44 günlük Vətən müharibəsi zamanı Azərbaycana göstərilənsiyasi-mənəvi dəstəyə görə Türkiyənin rəhbərliyinə və bütün qardaştürk xalqına dərin təşəkkür ifadə olundu.

İki ölkənin beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq etdiyi, hərzaman bir-birinin mövqeyini dəstəklədikləri vurğulandı.

Azərbaycanın Türk Dövlətləri Təşkilatına böyük önəm verdiyidiqqətə çatdırıldı. Bildirildi ki, Prezident İlham Əliyevin andiçməmərasimindəki nitqində bu təşkilat Azərbaycan üçün əsas beynəlxalqqurum kimi dəyərləndirilmiş, TDT çərçivəsində səylərin davametdirilməsi hökumət qarşısında xarici siyasət prioriteti kimiqiyulmuşdur.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə, xüsusiləiqtisadiyyat, ticarət, sərmayə qoyuluşu, nəqliyyat-tranzit, enerji,sənaye, kənd təsərrüfatı, humanitar və digər istiqamətlərdəəlaqələrin inkişaf dinamikası təqdir edildi.

Türkiyənin Azərbaycanın həm idxalda, həm ixracda, həm də ticarətdövriyyəsində əsas tərəfdaşlarından biri olmasından məmnunluq ifadəolundu.
2023-cü ildə qarşılıqlı ticarətin 31% artaraq rekord 7,65 mlrd. ABŞdollarına çatdığı bildirildi, ticarət dövriyyəsi həcminin 15 mlrd.ABŞ dollarına çatdırılması ilə bağlı dövlət başçıları tərəfindənqoyulmuş hədəfə nail olmaq üçün hökumətlərin bundan sonra da birgəsəy göstərmək əzmində olduqları bildirildi.

Bu baxımdan Birgə Hökumətlərarası Komissiyanın iclaslarındaqəbul edilən qərarların, əldə edilən razılıqların əhəmiyyətivurğulandı.
Preferensial Ticarət Sazişinin əhatə dairəsiningenişləndirilməsinin, həmçinin iki ölkə arasında imzalananFəaliyyət Planlarının icrasının ticarət dövriyyəsinin daha daartmasına təkan verəcəyinə əminlik ifadə olundu.

Azərbaycan-Türkiyə əməkdaşlığı nəticəsində ərsəyə gələn nəhənglayihələrin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındamühüm rolu vurğulandı.

İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin tikintisi enerjigündəliyində duran aktual məsələlərdən biri kimidəyərləndirildi.

Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı yüksəkqiymətləndirilərək 2023-cü ildə iki ölkə arasında ümumi daşınmışyüklərin həcminin 42,5% artdığı diqqətə çatdırıldı.

Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkənin tranzit imkanlarınıngenişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeydolundu. Dəmir yolunun genişləndirilmə işlərindən sonra yaxınzamanda istismara verilməsi BTQ ilə daşınan yüklərin həcminin 5milyon tona çatdırılmasına şərait yaradacaq.
Azərbaycanın əsas hissəsi ilə Türkiyə arasında birbaşa dəmir yoluəlaqəsinin təmin edilməsi baxımından Qars-Naxçıvan dəmir yolulayihəsinin reallaşdırılmasının əhəmiyyəti vurğulandı. Türkiyətərəfinin diqqətə çatdırıldı ki, Azərbaycan tərəfi artıq Naxçıvandamüvafiq dəmir yolu xəttinin yenidən qurulması işlərinəbaşlayıb.

Nəqliyyat sahəsində gündəlikdə duran bütün məsələlər müsbətməcrada həll olunur. Azərbaycana daxil olan Türkiyəavtodaşıyıcılarından alınan bəzi yol vergiləri və rüsumları ləğvolunub. Eyni zamanda avtomobil daşımaları üçün mübadilə edilənicazə blanklarının sayı əhəmiyyətli dərəcədə artırılıb.
İclasda Azərbaycanla Türkiyə arasında qarşılıqlı faydalıəməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən investisiya qoyuluşu,bərpa olunan enerji, kənd təsərrüfatı, su resurslarının idarəedilməsi, xüsusilə Araz və Kür çayları hövzəsinin su ehtiyatlarınınmühafizəsi və səmərəli istifadəsi, iqlim dəyişikliyi ilə mübarizə,COP29-a hazırlıq, səhiyyə, mədəniyyət, turizm və digər sahələrdəinkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Hər iki ölkənin nümayəndə heyətlərinin üzvlərinin gündəlikdəduran məsələlərə dair məruzələri dinlənildi.

Sonda Baş nazir Əli Əsədov və Vitse-prezident Cevdet YılmazAzərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadiəməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasınınProtokolunu və əməkdaşlığın bir sıra sahələrini əhatə edənFəaliyyət Planlını imzaladılar.
İki ölkə arasında həmçinin “Azərbaycan Respublikası Hökuməti iləTürkiyə Respublikası Hökuməti arasında su təsərrüfatı sahəsindəəməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının İqtisadiyyatNazirliyi ilə Türkiyə Respublikasının Ticarət Nazirliyi arasındaticarətin asanlaşdırılması üzrə birgə işçi qrupun yaradılmasınadair Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının QidaTəhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının KəndTəsərrüfatı və Meşəçilik Nazirliyi arasında heyvan xəstəlikləri iləmübarizə üzrə əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi” və“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafıAgentliyi (KOBİA) və Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)Türkiyə – Azərbaycan Biznes Şurası arasında Anlaşma Memorandumu”imzalandı.

Daha sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov vəTürkiyə Respublikasının Vitse-prezident Cevdet Yılmaz mətbuatabəyanatlarla çıxış etdilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
30
az.trend.az

10Sources