EN

Rusiyadan Ukraynaya qarşı fərqli addım: B planına əl atdılar

Ukraynada hakimiyyətin qeyri-legitimliyi ilə bağlı Rusiyanın dezinformasiya kampaniyasının ikinci dalğası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.

“Kampaniya yay boyu davam edəcək. Mayın 20-də mitinqlərə çağıran bir çox TikTok səhifələri və Teleqram kanalları var. Bu səhifələrin təşkilatçıları və yaradıcıları Ukraynadan kənarda yerləşirlər”, - Kovalenko bildirib.

O, həmçinin qeyd edib ki, bu günlərdə Rusiya ukraynalıları küçələrə çıxarmağı planlaşdırır və bunun üçün pul ödəyəcəyini vəd edir.

“Bunun üçün insanlara pul təklif edirlər. Maydana gəlmələri üçün hər saatına 100 qrivna. Bu, tamamilə süni əməliyyatdır. Rusiyanın məqsədi Zelenskinin gələcəkdə danışıqlar apara bilməyəcəyi qeyri-legitim prezident olması şəklini çəkməkdir”.

Kovalenko vurğulayıb ki, Rusiya təkcə Ukrayna yox, həm də Kiyevin Qərbdəki tərəfdaşları arasında Zelenski və hakimiyyətin qeyri-legitimliyi ilə bağlı tezisi təbliğ etməyə çalışacaq.

“Artıq X sosial şəbəkəsində Putinin legitimliyi və Ukrayna hökumətinin qeyri-legitimliyi ilə bağlı paylaşımlar edilir. Bundan əlavə, İsveçrədə keçiriləcək sülh sammitini pozmağa çalışırlar. Deyirlər ki, Zelenski qeyri-legitimdirsə, niyə ora gedir”, - Ukrayna rəsmisi əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
teleqraf.com

1Sources