EN

İsrail ordusu Livanın cənubuna 18 hava zərbəsi endirib


İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə eyni vaxtda 18 hava zərbəsi endirib.

7NEWS.az xəbər verir ki, Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail döyüş təyyarələri sərhəd bölgələrinə intensiv hava zərbələri endirib. Xəbərdə Livanın cənubundakı Cebel əl-Blat, Ramya və Beyt Lif şəhərləri ətrafına 18 hava zərbəsi endirilib. İranın dəstəklədiyi Hizbullah Hərəkatı Livanın cənubundan İsrailə edilən hücumlarla bağlı açıqlama verib.

7NEWS.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
7news.az

1Sources