EN

Lənkəranın Kərgəlan kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovla Lənkəran rayonunun Kərgəlan kəndində keçirilən vida mərasimi başa çatıb. SİA-nın məlumatına görə, şəhidin nəşi Kərgəlan kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
8
sia.az

10Sources