EN

“Real”la “Bavariya” üz-üzə

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

İdman.biz xəbər verir ki, cavab oyunlarının son günündə diqqətlər Madridə yönələcək.

Turnirin ən titullu komandası “Real” “Bavariya”nı qəbul edəcək. 15-ci kubokunu hədəfləyən İspaniya nəhəngi tarixində 18-ci dəfə finalda oynamaq iddiasındadır. Münhenlilər isə 12-ci dəfə həlledici görüşə çıxsa, bu göstəricidə mütləq ikinciliyi ələ keçirəcək.

Qeyd edək ki, iyunun 1-də “Uemnli”də keçiriləcək finala ilk vəsiqəni Dortmund “Borussiya”sı qazanıb.

Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
8 may
23:00. “Real” – “Bavariya”

Baş hakim: Şimon Marçinyak (Polşa)
Madrid. “Santyaqo Bernabeu” stadionu
İlk oyun – 2:2

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
50
idman.biz

10Sources