EN

“Biri şəhid övladıdır, Prezident ev vermişdi” – Oteldə zəhərlənən dostlarla bağlı YENİ FAKTLAR

Bakıda “My Music” hotelində zəhərlənən 4 dostla bağlı ilginc faktlar üzə çıxıb.
Zərərçəkənlərin ailə üzvləri rəsmi qurumların yaydığı məlumatları təkzib edir. Onlar iddia edirlər ki, faciə qida zəhərlənməsindən baş verib. Bildirirlər ki, oteldə verilən göbələk onları zəhərləyib.
İçkidən zəhərlənmələri barədə yayılan məlumatları da təkzib edirlər: “Nicat Cabbarlı və Xəzər Cabbarlı ümumiyyətlə spirtli içki qəbul etmirlər”.
Bakupost.az hadisə nəticəsində həyatını itirmiş iki şəxs və sağ qalanların şəxsi həyatları ilə bağlı yeni məlumatlar əldə edib.
Fotoda: Kənan Mustafayev
Məlum olub ki, hadisə nəticəsində vəfat etmiş1998-ci il təvəllüdlü Kənan Mustafayev kiçik yaşlarından ata-anasını itirib. Ona görə də həmişə dostlarının xüsusi qayğısı, diqqətində olub.
Fotoda: Orxan Əmirov
1993-cü il təvəllüdlü Orxan Əmirov kiçik bizneslə məşğul olub, Qaradağ rayonu, Lökbatan qəsəbəsində mağaza işlədirmiş.
Fotoda: Xəzər Cabbarlı
1998-ci il təvəllüdlü Xəzər Cabbarlı Aprel döyüşlərinin və Vətən müharibəsi iştirakçısıdır. Zabitdir. İndi ehtiyata çıxıb. İdmançıdır.
Fotoda: Nicat Cabbarlı

1991-ci il təvəllüdlü Nicat Cabbarlı isə şəhid övladıdır. Şuşalıdır. Prezidentin şəxsən tapşırığı ilə onlara ev verilib.
Onun Astara Gömrük İdarəsinə müavin təyin olunması da bundan sonra baş verib.
Faciə baş verən məclisi də Nicat təşkil edib. Hər dəfə Astaradan Bakıya gələndə dostlarını bir yerə yığırmış.
Qeyd edək ki, Səbail rayonunda yerləşən “My Music” hotelində 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı TƏBİB məlumat yayıb. Bildirilir ki, mərkəzə 06.05.2024-cü il tarixində saat 04:50 radələrində Səbail rayonu, Bayıl dairəsi, Salyan şosesi yaxınlığından müraciət daxil olub, çağırış üzrə təcili tibbi yardım briqadası cəlb olunub. Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etməsi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıb.
Onların qidadan zəhərləndiyi düşünülürdü. Lakin Qida Təhlükəsizliyi Agentliyi məlumatı təkzib edib.
“Hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi yoxdur”.
Hazırda araşdırmalar davam etdirilir

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
170
30
Sources
Comment ()
Close

Rating

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
6769
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6523
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1185
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1007
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
986
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
985
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
982
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
572
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
372
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
295
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
221
Arda Gülər dayanmır, yenə fərqləndi -
190
Arda dubl etdi - VİDEO
171
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
165
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
148
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
116
“Mançester Siti” İngiltərə çempionu olub
114