EN

Almaniya Hind-Sakit okean bölgəsinə 2 döyüş gəmisi göndərdiyini açıqlayıb

Almaniyanın Cənubi Çin dənizinin mübahisəli sularında hərbi varlığını gücləndirmək üçün bölgəyə iki döyüş gəmisi göndərdiyi açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Almaniya Hərbi Hava Qüvvələri də iyunun ortalarından avqust ayına kimi Hind-Sakit okean missiyasında iştirak edəcək və Hindistan da daxil olmaqla bəzi müttəfiq ölkələrlə təlimlər keçiriləcək. Alman Silahlı Qüvvələri Hind-Sakit Okean bölgəsində yerləşdirməni “Alman donanmasının ən mühüm layihəsi” kimi qiymətləndirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
42
1
operativmm.az

3Sources