"Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə verilib.
Valyuta.az-ın məlumatına görə, bank barəsində Cəbrayilov Pünhan Sarvan oğlu məhkəməyə şikayət edib.
P.Cəbrayilov məhkəmədə bank barəsində “Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında” iddia qaldırıb.
İşə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Gülnar Babazadənin sədrliyi ilə baxılacaq.
Sadiq İsbəndərli