Bakının Qaradağ rayon Lökbatan qəsəbəsində 27 yaşlı gənc dünyasını dəyişib.
BAKU.WS Unikal-a istinadən xəbər verir ki, İbrahim Sahib oğlu Əliyev ürək çatışmazlığından dünyasını dəyişib.
Belə ki, gənc gecə saatlarında özünü narahat hiss edib. İlkin müdaxilə olmasına baxmayaraq, İbrahim Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
O, tanınmış ilahiyyatçı Şahin Həsənlinin davamçısı Ramil Bədəlovun tələbəsi olub.