“Mançester Yunayted” Premyer Liqanın 36-cı turunda səfərdə “Kristal Pelas”a böyük hesabla uduzub (0:4).
Offsideplus.az xəbər verir ki, London klubunun futbolçuları bu görüşdə mərkəz müdafiəçisi mövqeyini tutan "Mançester Yunayted"in yarımmüdafiəçisi Kazemironu oyun ərzində 8 dəfə uğurlu driblinqlə keçiblər.
Bu, cari Premyer Liqanın bütün oyunçuları arasında ən pis göstəricidir.
32 yaşlı braziliyalı bu mövsüm bütün turnirlərdə "qırmızı şeytanlar"ın heyətində 29 matçda meydana çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.