Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Novruz Məmmədov vəzifəsindən azad edilib. Bu barədə Yeniavaz.com-a Universitetdən məlumat verilib. Bildirilib ki, o, öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, Novruz Məmmədov 2019-cu ildə ADU-nun prorektoru vəzifəsinə təyin olunmuşdu. Xatırladaq ki, o, uzun illər Prezident Administrasiyasında şöbə müdiri kimi fəaliyyət göstərib, 2018-2019-cu illərdə isə Baş nazir vəzifəsini icra edib.