EN

Cennifer Lopez “Met Gala – 2024”ə niyə əri Ben Affleksiz qatılıb? - FOTO

Xəbər verdiyimiz kimi, ötən gecə moda dünyasının ən çox gözlənilən hadisəsi “Met Gala – 2024” baş tutub. 

Bizim.Media xəbər verir ki, dünya pop səhnəsinin ulduzu Cennifer Lopezin tədbirə əri Ben Afflek olmadan qatılması söz-söhbətlərə səbəb olub. 

Bunu görən pərəstişkarlar dərhal cütlüyün evliliyində problemlərin olduğunu düşünüblər. 

“People” nəşri isə ikilinin bir arada ola bilməməsini Afflekin Los-Ancelesdə lentə alınan “Hesablaşma” filminin ikinci hissəsinin çəkilişlərinə başının qarışdığını və bu səbəbdən Nyu-Yorka gələ bilmədiyini yazıb. Bu barədə isə nəşrə aktyorun prodüseri məlumat verib. Tədbirə Cennifer “Schiaparelli”dən parıldayan libasda qatılıb. 








Rəşad Əliyev, Bizim.Media

Chosen
186
14
bizim.media

10Sources