EN

Zelenskiyə sui-qəsd hazırlayan yüksək rütbəli zabitlər saxlanıldı

Ukraynada dövlət mühafizə xidmətinin zabitələri Kiyevdə prezident Vladimir Zelenskiyə, SBU-nun rəhbəri Vasili Malyuk,Baş Kəşfiyyat İdarəsi nin rəhbəri Kiril Budanov və Baş Qərargah rəisinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsləri saxlayıb.

 Bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

KİV-in məlumatına görə, sözəgedən xidmətin şöbələrindən birinin rəisi, polkovnik Andrey Quk Kiyevin Konça-Zaspa rayonundakı evində saxlanılıb.  Derkaç adlı digər polkovnik isə Pasxa bayramını qeyd etmək üçün getdiyi Sumı rayonunda saxlanılıb.

O da vurğulanıb ki, zabitlərdən “məhvedici silahlar”, habelə onların sui-qəsd niyyətlərini təsdiq edən digər sübutlar götürülüb.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
news365.az

1Sources