Bakı. Trend:
Avtomobilini səkidə idarə edən sürücü həbs edilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən Trend-ə verilən məlumata görə, paytaxtınSəbail rayonunda piyadaların hərəkətinə təhlükə yaradan "Mercedes"markalı, 90-OT-408 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininsürücüsü Ağayev Cahangir Bəhlul oğlu polis əməkdaşları tərəfindənmüəyyən olunaraq saxlanılıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayonməhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə C.Ağayev 5 sutka inzibati qaydada həbsedilib.