İsrail ordusu hazırda Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhərinin şərq hissəsində Fələstinin radikal HƏMAS hərəkatının hədəflərinə zərbələr endirir.
Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri hazırda Qəzza zolağının cənubundakı Rəfahın şərqində HƏMAS terrorçularının hədəflərinə zərbələr endirir. Təfərrüatlar bundan sonra veriləcək”, – açıqlamada bildirilir.
(redaktor.az)