EN

Nikolo Zaniolo “Qalatasaray”a qayıdır

İtaliyalı futbolçu Nikolo Zaniolo mövsüm sonunda “Qalatasaray”a qayıdacaq.

Bakıvaxtı.az-ın xəbərinə görə, 24 yaşlı yarımmüdafiəçi “Aston Villa”da etimadı doğrulda bilməyib.

“Qalatasaray” klubunun 31,5 milyon avro qazanc əldə edəcəyi ümidi ilə göndərdiyi italiyalı futbolçu istənilən performansı sərgiləyə bilmədiyi üçün qalıcı olaraq transfer olunmayacaq.

Qeyd edək ki, “Aston Villa” klubu Nikolo Zaniolonu mövsümün əvvəlində “Qalatasaray”dan icarə əsasında transfer etmişdi.

Chosen
26
1
bakivaxti.az

2Sources