EN

ABŞ prezidenti Bayden Netanyahu ilə danışıb

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ağ Evdən bildirilib.

Məlumata görə, prezident Bayden və İsrailin baş naziri Netanyahu arasında telefon danışığı olub. Görüşün əsas mövzusunun Qəzzada son vəziyyət və İsrailin Rəfaha qarşı yaxınlaşan hücumu olduğu bildirilib.

Ağ Evin açıqlamasına görə, Netanyahu Kerem Şalom sərhəd qapısının humanitar yardım üçün açıq qalmasına razılıq verib. 

Türkan

Sitat.info

Chosen
55
sitat.info

1Sources