“Aston Villa” “Atletiko”nun mərkəz müdafiəçisini transfer etməyə yaxındır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi yayda azad agent olacaq Mario Hermoso ilə müqavilə imzalamağa çalışır.
Hermoso “Aston Villa” ilə 2028-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayacaq. İspaniyalı futbolçu Unay Emerinin komandasında ildə 5 milyon avro qazanacaq.
“Atletiko” Hermosonu komandada saxlamağa çalışsa da, futbolçu çox maaş istəyib.