Dünyada hər il yol qəzalarında 1 milyondan çox insan ölür, qəzalar isə 17,8 milyon insanın xəsarət almasına səbəb olur.
7NEWS.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 108 ölkədən yol təhlükəsizliyi ilə bağlı məlumatları topladığı 2023-cü il hesabatında qeyd edib ki, yol qəzaları nəticəsində insan itkisini azaltmaq üçün siyasətlər işlənib hazırlansa da, yol qəzaları və yol təhlükəsizliyi hələ də problem olaraq qalır. Məlumata görə, 5-29 yaşlı insanların ölümünün əsas səbəbi yol-nəqliyyat hadisələri olmaqda davam edir.
7NEWS.az